Ölkəni tərk etmək istəyən qatil həbs edilib
28 iyul 2014 11:28 (UTC +04:00)

Ölkəni tərk etmək istəyən qatil həbs edilib

Bakıda 35-40 yaşlarında gürcünü öldürən şəxs həbs edilib. Bakı şəhəri, Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 25-də Q. Qarayev prospektində baş nahiyəsindən küt alətlə vurularaq öldürülən təxminən 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib. DİN BCAİ, BPİ CAİ, Nizami RPİ 25-ci PB və Rayon prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qətlə yetirilən kişinin şəxsiyyəti müəyyən olunub. Qətl edilən şəxs Gürcüstan vətəndaşı 1966-cı il təvəllüdlü Zviadi Kentchoşhvilidir.

 

Hadisəni törədən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev Qazax sərhəd keçid məntəqəsində saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Oxşar yazılar