Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Qəbələ-İsmayıllı yolunda qeydə alınıb. Göyçay rayon sakini, 1990-cı il təvəllüdlü Hacıyev Səlim Soltan oğlu "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Səlim Hacıyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sərnişin, Göyçay sakini 2001-ci il təvəllüdlü Hacıyev Ağaəli Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqiat şöbəsi tərəfindən araşdırma aparılır.