"Mercedes" və "Shacman" toqquşdu: 4 yaralı
05 iyul 2018 20:46 (UTC +04:00)

"Mercedes" və "Shacman" toqquşdu: 4 yaralı

Masallıda minik maşını ilə yük maşını toqquşub, 4 nəfər xəsarət alıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.

 

"Shacman" markalı yük maşını ilə "Mercedes" markalı minik maşınının toqquşması zamanı sonuncunun sürücüsü, 1991-ci il təvəllüdlü Samir Şərafət oğlu Fərəcov, onun sərnişinləri - 1991-ci il təvəllüdlü Kənan Sakit oğlu Ağayev, 1995-ci il təvəllüdlü Cavid Azər oğlu Nəzərov və 1997-ci il təvəllüdlü İqrar Adıgözəl oğlu Fərəcli müxtəlif dərəcəli bədən xəsarəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar