Dövlət Qoruğunda çətənə kolu aşkar edildi
10 avqust 2013 15:33 (UTC +04:00)

Dövlət Qoruğunda çətənə kolu aşkar edildi

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə  Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib. Bu barədə Lent.az-a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, reyd zamanı qoruğun ərazisində Baldırğanıq adlanan sahənin 7 yerində naməlum şəxslər tərəfindən qanunsuz olaraq 147 çətənə  kolunun əkilib-becərilməsi və onlara aqrotexniki qaydada qulluq göstərməsi faktı aşkar edilib: Həmin sahədə bir ədəd çadır, bir ədəd qaz balonu, yataq ləvazimatı və suvarma üçün boru da tapılıb. Faktla bağlı ETSN-in əməkdaşları dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat veriblər. Hazırda araşdırma aparılır. ETSN-nin əməkdaşları tərəfindən reydlər davam etdirilir”.

Qeyd edək ki, avqustun 7-də də ETSN əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı, Arılıq meşəsinin Sarıçay sahilində naməlum şəxslər tərəfindən qanunsuz olaraq kol-kosdan təmizlənmiş 16 m2 sahədə tərkibində narkotik maddələr olan 1-3,5 metr hündürlüyündə 29 ədəd çətənə bitkisinin əkilib becərilməsi və onlara aqrotexniki qulluq edilməsi faktı aşkar olunub. Faktla bağlı dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat verilib. 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar