<span style="color:red;">Bakıda inanılmaz hadisə:  maşın ortadan bölündü, burnu qanayan da olmadı
25 may 2014 18:04 (UTC +04:00)

Bakıda inanılmaz hadisə: maşın ortadan bölündü, burnu qanayan da olmadı

 

Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektinin Ramanı qəsəbəsindən keçən hissəsində ağır qəza olub. Lent.az-ın məlumatına görə, "VAZ 21 011" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Hətta "VAZ 21 011" iki yerə bölünüb. Avtomobilin matorxana hissəsi ön təkərlərlə birgə gövdə hissədən qopub. 

 

Xoşbəxtlikdən qəza nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb. Suraxanı rayon Polis İdarəsindən bildirilib ki, iki nəfər yüngül sıyrıqlarla canını qurtarıb.

 

Lent.az milli.az-a istinadən hadisə yerindən çəkilmiş fotoları təqdim edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7434
avatar

Nizam Rza

Oxşar yazılar