“Qəbələ” daha bir yerli futbolçunu transfer edib. Lent.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" "Bakı"nın yarımmüdafiəçisi Cavid Hüseynovu da sıralarına qatıb.
Ötən mövsüm "Bakı"da çıxış edən yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Milli komandamızın üzvü "Qəbələ"də 14 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Qəbələnin eyniadlı komandası milli komandamızın da üzvü olan Ruslan Əmircanov və Ruslan Abışovu da transfer edib.