Türkmənistan sahillərində tapılmış neftçimizin meyiti Bakıya gətirilib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.
Təyyarə artıq geri dönüb və cəsəd aidiyyəti üzrə təhvil verilib.