[b]Siyəzəndə 8 şagird keksdən zəhərlənib[/b]
27 aprel 2016 16:59 (UTC +04:00)

[b]Siyəzəndə 8 şagird keksdən zəhərlənib[/b]

Bu gün Siyəzən rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayonunun Zarat tam orta kənd məktəbinin 8 şagirdi zəhərlənmə diaqnozu ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 2005-ci il təvəllüdlü Tacəddinova Samirə Rasim qızı, Ağaverdiyev Novruz Qurbanəli oğlu, Abdulrəhimov Məmməd Elşən oğlu, Mirzəyev Rza Xələf oğlu, Əliyarov Həmid Gülyar oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Məmməd Mövsüm oğlu, Aslanov Əbülhəsən Rabil oğlu və 2006-cı il təvəllüdlü Seyiddəmirova Xədicə Tahir qızıdır. Məktəblilərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Siyəzən Təhsil Şöbəsinin müdiri Rafael Hacıyev APA-nın yerli bürosuna bildirib ki, məktəblilər keks alıb yeyiblər, bundan sonra onlar özlərini yaxşı hiss etməyiblər və xəstəxanaya yerləşdiriliblər: “Hazırda onların səhhətində ciddi problem yoxdur. Hamısı evə buraxılıb”.

 

Onun sözlərinə görə, məktəblilər keksi məktəbin bufetindən deyil, məktəbdən kənarda yerləşən mağazadan alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

APA Baycan

Oxşar yazılar