Şirvan şəhərində qətl hadisəsi törədilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1978-ci il təvəllüdlü Abbasov Abbas Qulamhüseyn oğlu şəhər kənarında, yaşayış olmayan ərazidə çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib.
Qətli törədən Şirvan sakini, 1994-cü il təvəllüdlü İbadov Əziz Loğman oğlu polisə təslim olub.
Qətl mübahisə zəminində baş verib.
Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.