[b]Şəmkirdə musiqiçilər qəzaya düşdü [/b]
21 iyun 2018 21:30 (UTC +04:00)

[b]Şəmkirdə musiqiçilər qəzaya düşdü [/b]

0

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər.


Faktla bağlı araşdırma aparılır. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar