<b>Sahibkarın “bir tay ayaqqabı” əməliyyatı gömrükdə ifşa olundu</b>
22 aprel 2016 16:01 (UTC +04:00)

Sahibkarın “bir tay ayaqqabı” əməliyyatı gömrükdə ifşa olundu

Aprelin 21-də “Azad Azərbaycan” televiziyasının efirində yayımlanan süjetdə xaricdən ayaqqabı gətirən sahibkarın gömrükdə problemlə üzləşdiyi vurğulanıb. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda ayaqqabı istehsal etmək istədiyini,  bu məqsədlə xaricdən test üçün ayaqqabı nümunələrindən 1 tay gətirdiyini bildirən həmin sahibkar idxal etdiyi mala görə ondan rüsum tələb olunması ilə razılaşmır.

 

Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfındən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.

 

Həmin qaydalara  əsasən fiziki şəxslər tərəfindən gömrük ərazisinə mallar istehsal, yaxud kommersiya məqsədləri üçün gətirildikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 saylı qərarı ilə təsdiq edilən “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə müəyyən edilmiş gömrük bəyannaməsi və digər müvafiq sənədlər təqdim edildikdən və qanunvericiliklə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra bu malların gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

 

Ancaq süjetdən də aydın olduğu kimi, sahibkarın   gətirdiyi ayaqqabı yükünün miqdarı 71 kiloqram, sayı isə onlarladır ki,  bu da şəxsi istehlak üçün deyil, istehsal və kommersiya məqsədi daşıyır.  Ayaqqabıların hələlik 1 tayının ölkəyə gətirilməsi isə onun kommersiya məqsədilə gətirilmədiyini demək  və ya iddia etmək üçün  əsas deyil. Həmin süjetdə adı çəkilən şəxs özünün sahibkar olduğunu, fiziki şəxs kimi idxal etdiyi ayaqqabıların 1 tayını istehsal üçün nümunə olaraq gətirdiklərini açıq-aydın etiraf edir.

 

Aparılan araşdırmalar nəticəsində o da məlum olub ki, süjetdə təqdim olunan sahibkar mütəmadi olaraq xaricə səfər edir və hər dəfəsində də istehsal və kommersiya məqsədi ilə müxtəlif növ ayaqqabıların 1 tayını gətirir ki, bu da növbəti səfər zamanı həmin ayaqqabıların digər tayını gətirməyəcəyi anlamına gəlməz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00