[b]Sabiq deputat vəfat etdi [/b]
0
0
Milli Məclisin sabiq deputatı Aydın Həsənov vəfat edib.
Lent.az-ın Report-a istinadən xəbərinə görə, mərhumun cənazəsi bu gün doğulduğu Cəlilabad şəhərinə gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, A.Həsənov 1942-ci ildə Cəlilabad şəhərində anadan olub. Uzun illər hərbi komissarlıq sahəsində çalışıb, ehtiyatda olan polkovnikdir. A.Həsənov III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
0
0