![[b]Qonşusu tərəfindən döyülən həkim iş başında öldü[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Qonşusu tərəfindən döyülən həkim iş başında öldü[/b]
Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin həkimi iş başında qəfildən ölüb. Onun döyülərək aldığı xəsarətdən öldüyü ehtimal olunur.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki (MRX) Təcili Yardım Şöbəsinin həkimi Şəki şəhər sakini 62 yaşlı Ələsgər Saleh oğlu Teymurov iyunun 30-u axşam saat 22 radələrində işdə olarkən qəfildən vəziyyəti pisləşərək vəfat edib. Şəki MRX-dan APA-ya verilən məlumatda Təcili Yardım şöbəsinin həkimi Ələsgər Teymurovun iş yerindən qəfildən ölməsi faktı təsdiqlənib və hadisə ilə bağlı rayon prokurorluğunda araşdırmanın aparılırdığı bildirlib.
Həkim Ələsgər Teymurovun yaşadığı küçənin sakinlərnin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Ələsgər Teymurovun vəfat etdiyi gün nahar saatlarına kimi qonşusu Şahin adlı şəxslə mübahisəsi baş verib. Mübahisə zamanı Şahin Ələsgər Teymurovun başına xəsarət yetirib. Ələsgər Teymurov axşam saatlarında MRX-nın Təcili Yardım şöbəsində növbətçi həkim olduğu üçün işə gedib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həkim Ələsgər Teymurovun iş yerində qəfil ölməsi faktı təsdiqlənib. Ələsgər Teymurovun meyiti üzərində məhkəmə tibbi-ekspertizanın aparıldığı, hadisə ilə bağlı bir nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Oxşar yazılar

Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29
Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
İnterpol Elçin Təhməzovu Bosniyada tutdu
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11