Bərdədə qardaş qardaşı bıçaqlayıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. 1982-ci il təvəllüdlü Əsədov Mahir Məhiyyəddi oğlu qardaşı Əsədov Teymur tərəfindən bıçaqlanıb.
M.Əsədov APA-ya açıqlamasında bildirib ki, qardaşı 4 gün əvvəl həbsdən buraxılıb.
Məlumata görə, münaqişəyə səbəb T.Əsədov həbsdə olduğu zaman qardaşının onunla görüşə getməməsi olub.
Faktla bağlı cinayət işi başlanıb.