[b]Notariuslara dair yeni tələblər qoyuldu[/b]
15 iyun 2018 06:28 (UTC +04:00)

[b]Notariuslara dair yeni tələblər qoyuldu[/b]

 
Azərbaycanda notariat hərəkətlərə və notariuslara dair tələblər dəyişib. 
 
 
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb. 
 
 
Qüvvədə olan Təlimata əsasən indiyə qədər konkret cinayət işləri ilə əlaqədar notariat sənədlərinin götürülməsindən əvvəl həmin orqanlar notariusu götürmə barədə qərarla tanış etməli, notariat sənədlərinin götürülməsi müvafiq protokolla rəsmiləşdirilməli  və onun surəti notariusa verilməli idi. Bu halda götürülmüş sənədlərin zərurət aradan qalxdıqdan sonra qaytarılması tələbi qoyulmamışdı. Dəyişikliyə əsasən bundan sonra götürülmüş sənədlərin zərurət aradan qalxdıqdan sonra qaytarılması notarius və ya Dövlət notariat arxivinin rəisi tərəfindən təmin edilməlidir.  Notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərlə bərabər bundan sonra bu arayış və sənədlər həm də həmin fiziki və hüquqi şəxslərin nümayəndələrinə də verilə biləcək.  Bu şəxslərin müraciətləri əsasında notarius notariat kontorunda, Dövlət notariat arxivinin rəisi isə arxivdə saxlanılan notariat hərəkətləri barədə sənədlərin dublikatını, onlardan surət və çıxarışları müvafiq rüsum və haqlar ödənildikdən sonra həmin şəxslərə təqdim edəcək. Dövlət notariat arxivi ilə yanaşı, arxivdə saxlanılan notariat hərəkətləri barədə sənədlərlə əlaqədar məlumatların, habelə sənədlərin dublikatının, onlardan surət və çıxarışların əldə edilməsi ilə bağlı bu şəxslər notariat kontorlarına da müraciət edə bilərlər. Ərizədə müraciət edən şəxsin imzasının həqiqiliyi notariat qaydasında təsdiqlənəcək və sənədlərin daxilolma kitabında qeydə alınacaq. Bu halda notariat hərəkətləri barədə sənədlərlə əlaqədar məlumatın və ya həmin sənədlərin dublikatının alınması ilə bağlı müraciət  notarius tərəfindən skan edilərək “Elektron notariat” informasiya sistemi vasitəsilə Dövlət notariat arxivinə göndəriləcək. Dövlət notariat arxivi 3 iş günü müddətində müraciətdə göstərilən sənədlərlə bağlı məlumatı sistem vasitəsilə notariat kontoruna göndərəcək. Notarius həmin məlumat əsasında müraciətə uyğun olaraq notariat hərəkəti barədə sənədlərlə əlaqədar məlumatı və ya həmin sənədin dublikatını hazırlayaraq müraciət edən şəxsə təqdim edəcək. Notariat hərəkətləri barədə sənədlərin surətlərinin və ya onlardan çıxarışların əldə edilməsi ilə bağlı müraciət notarius tərəfindən sifarişli poçt vasitəsilə Dövlət notariat arxivinə göndəriləcək Dövlət notariat arxivi 3 iş günü müddətində müraciətdə göstərilən sənədlərin surətlərini və ya onlardan çıxarışı təsdiq  edərək, sifarişli poçt vasitəsilə notariat kontoruna göndərəcək. Dövlət notariat arxivindən göndərilən sənədlərin surətləri və ya onlardan çıxarış notariat kontorunda qəbul edilən sənədlərin qeydə alınması kitabına daxil ediləcək və müraciət etmiş şəxs həmin kitabda sənəd  qəbul etməsi barədə qeyd yazmaqla və imzalamaqla notarius tərəfindən şəxsə bilavasitə təqdim ediləcək. Sənədlərin sifarişli poçt vasitəsilə göndərilməsi işinin təşkili ilə əlaqədar xərclər müraciət etmiş şəxs tərəfindən notariusa ödəniləcək.
 
 
Digər dəyişikliyə əsasən dövlət rüsumu və haqlar nağd, elektron ödəmə sistemləri, o cümlədən notariat kontorunda olan ödəniş köşkləri və internet vasitəsilə və ya köçürmə yolu ilə ödəniləcək. Nağd şəkildə ödəmə barədə ödəyiciyə bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, eləcə də internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi təqdim ediləcək. 
 
 
 
Eyni zamanda bundan sonra “Elektron notariat” informasiya sisteminə ötürülən məlumatların dəqiqliyinin təmin olunması üçün ay ərzində aparılan notariat hərəkətlərinə dair statistik hesabat təqvim ayı bitdikdən sonra növbəti ayın 7-dək müəyyən edilmiş forma üzrə Ədliyyə Nazirliyinə təqdim edilməlidir. İki nüsxədə tərtib olunan hesabat notariusun imzası və möhürü ilə təsdiq edilməlidir. Hesabatın bir nüsxəsi notariat kontorunda saxlanılacaq. Dövlət Statistika Komitəsinə notariat hərəkətlərinin sayı barədə, Vergilər Nazirliyinə notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən tutulan dövlət rüsumu və xüsusi notariuslar tərəfindən tutulan haqlar barədə, Maliyyə Nazirliyinə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə dövlət notariusları tərəfindən tutulan haqq barədə statistik məlumatlar “Elektron notariat” informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə, bu mümkün olmadığı halda isə kağız  daşıyıcılarda təqdim edilməlidir. 
 
 
 
Növbəti dəyişikliyə əsasən artıq notariat hərəkətinin aparılması zamanı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “Vətəndaşlıq Vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edəcək.  “Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinə dair sənədlər (müqavilə, etibarnamə, vərəsəlik şəhadətnaməsi və s.) tərtib edilərkən, barəsində notariat hərəkəti aparılmış şəxslərin şəxsiyyət vəsiqələrinə dair məlumatlar “Əhalinin Dövlət Reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemindən əldə ediləcək və notariat sənədində əks olunacaq. Şəxsiyyət vəsiqəsinə dair məlumatların bu sistem vasitəsilə əldə edilməsi mümkün olmadıqda, notarius barəsində notariat hərəkəti aparılan şəxslərin şəxsiyyətinin müəyyən olunması üçün əlavə tədbirlər görməlidir. Notarius informasiya sistemi vasitəsilə barəsində notariat hərəkəti aparılan şəxsin şəxsiyyətini müəyyən edən sənədlərin qüvvədə olmasını da yoxlamalıdır. Notariat hərəkətlərinə dair sənədlər, o cümlədən ərizələr “Elektron notariat” informasiya sistemi vasitəsilə tərtib edilir, sistemə daxil edilmiş məlumatlarda zəruri düzəlişlər isə notariusun imzası və gerbli möhürü ilə təsdiq edilmiş müraciəti əsasında Ədliyyə Nazirliyinin informasiya sisteminin fəaliyyətini təşkil edən qurumu tərəfindən aparılacaq. Notariat qaydasında təsdiq edilmiş sənədlərin üzərində unikal, təkrarlanmayan identifikasiya nömrəsi əks olunmuş təhlükəsizlik kodundan ibarət barkod yerləşdiriləcək. Bu cür sənədlər notariuslara təqdim edildikdə, onun həqiqiliyi barkodskanerlər vasitəsilə yoxlanılacaq. Barəsində notariat hərəkəti aparılmış şəxslərin (və ya onları təmsil edən səlahiyyətli nümayəndələrin) fotoşəkli notariat hərəkətlərinə dair sənəddə əks olunur. “Elektron notariat” informasiya sistemi vasitəsilə tərtib edilən notariat sənədlərində barəsində notariat hərəkəti aparılan şəxslər, müqavilənin predmeti, daşınmaz əmlakın növündən asılı olaraq müqavilə şərtləri müəyyən edilməli, özgəninkiləşdirilən daşınmaz əmlak və ya onun hissələri barədə məlumat, bağışlama müqaviləsi qohumlar arasında bağlandıqda qohumluq əlaqəsi göstərilməlidir
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318
avatar

Oxşar yazılar