<b>Nazirlik qardaşını öldürən şəxslə bağlı məlumat yaydı</b>
19 aprel 2016 12:51 (UTC +04:00)

Nazirlik qardaşını öldürən şəxslə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Neftçala rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb. Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar