Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında güllələnən qadın ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq Günay Zeynalova xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
***
Naftalan şəhərində baş verən güllələnmə hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Lent.az-ın yerli sakinlərdən aldığı məlumata görə, 1987-ci il təvəllüdlü Günay Zeynalovanı güllələyən sürücü Əli Hüseynovdur. O, Naftalana 7 km yaxınlıqda yerləşən Qızıl Hacılı qəsəbəsində yaşayır.
Bildirildiyinə görə, Ə.Hüseynov avtobus sürücüsüdür. Onun əsas işi sanatoriyaya dincəlməyə gələnlərin Xanlar rayonunda olan "Göy-göl"-ə, Hacı Kənd, Toğana kəndlərinə gəzintilərini təşkil etməkdir. Avtobus sürücülərinə də bu işə, müştəri tapmağa əsasən, Naftalan şəhərindəki sanatoriyalarda işləyən inzibatçılar kömək edir. G.Zeynalova da Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasının inzibatçısıdır. Sürücü ilə müştəri üstündə mübahisə ediblər. Daha doğrusu, gənc qadın sürücüyə bir daha müştəri verməyəcəyini deyib. Mübahisənin sonu qanla bitib. Gənc qadın “Sehrli Naftalan”da güllələnib. Sürücü Ə.Hüseynov artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
16:26
Naftalan sakini güllələnib.
APA-nın yerli bürosunun xəbərinə görə, Naftalan sakini olan qadın qarın nahiyəsindən güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qadının kimliyi, hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.