Xaçmazda iki nəfər dənizdə batıb, bir nəfərin meyiti tapılıb
Xəzər dənizinin Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində iki nəfər dənizdə boğulub.
APA-nın şimal bürosunun verdiyi məlumata, boğulan şəxslərdən birinin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu Qusar rayon sakini 2002-ci il təvəllüdlü Alışov Həsən Cavad oğludur.
Quba rayon sakini olduğu bildirilən digər şəxsin axtarışları davam etdirilir.