[b]Mikroavtobus qəzaya düşdü, yaralanan var [/b]
15 aprel 2017 00:36 (UTC +04:00)

[b]Mikroavtobus qəzaya düşdü, yaralanan var [/b]

0

Gornaboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Ağcakənd-Goranboy marşurutu üzrə sərnişin daşıyan “QAZel” markalı mikroavtobusla “VAZ-2107” toqquşub. Qəza zamanı “QAZel” də olan Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səadət Səyyas qızı müxtəlif bədən xəsarətləri alaraq  Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar