Məhkəmədə arvadını öldürən yaxalandı
Keçmiş arvadı Təranə Nəbiyevanı qətlə yetirməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Xalid Əliyev saxlanılıb.
Lent.az-ın Daxili İşlər Nazirlinin saytına istinadən məlumatına görə, iyunun 29-da Mingəçevir şəhərində şəhər sakini Xalid Əliyev mübahisə zəminində keçmiş arvadı Təranə Nəbiyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Nəbiyeva orada ölüb.
X.Əliyev Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
263