![[b]Keçmiş arvadını qətlə yetirən kişi tutuldu [/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Keçmiş arvadını qətlə yetirən kişi tutuldu [/b]
0
0
İyulun 6-da Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gəlmiş keçmiş əri, Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş S.Bəyalıyeva orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulub.
0
0