Şamaxının Göylər kəndi ərazisində kişi meyiti tapılıb.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin aşkar edildiyi yerə baxış keçiriblər. İlkin araşdırma zamanı məlum olub ki, ölən şəxs Şamaxının Göylər kənd sakini, 1968-ci il təvəllüdlü Taleh Rövşən oğlu Məhyəddinovdur.
Mərhumun qardaşı bildirib ki, mərhum evdən çıxıb və qayıtmayıb. Kənd sakinləri, qohumlar, qonşular səhərə qədər onu axtarsalar da, tapa bilməyiblər. Meyitin üzərində zorakılıq əlamətləri və xəsarət izləri aşkar edilməyib. Əsəb xəstəsi olan Taleh Məhyəddinovun gecə dumanlı havada evə qayıda bilmədiyi və dağda güclü şaxta səbəbindən donaraq öldüyü bildirilir.