<b>Gəncədə maşın 60 yaşlı qadını vurub öldürdü</b> - <span style="color:red;">YENİLƏNİB
05 iyun 2017 23:19 (UTC +04:00)

Gəncədə maşın 60 yaşlı qadını vurub öldürdü - YENİLƏNİB

0

Gəncədə baş verən yol qəzasında ölən qadının kimliyi məlum olub.

 

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Şəhər sakini, 1991-ci il təvəllüdlü Hümbətov Vasifın idarə etdiyi “Lada Priora” markalı avtomobil yolu keçmək istəyən piyada, 1957-ci il təvəllüdlü Abdullayeva Səidə İzzət qızını vurub. Qadın hadisə yerində ölüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

 

***

 

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində, 32 saylı orta məktəbin qarşısında qeydə alınıb.

 

Məlumata görə, yolu keçmək istəyən piyada qadın “Lada Priora” markalı avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 457

Oxşar yazılar