<b>Fikrət Məmmədov: </b>”...faydalı olacaq”
31 yanvar 2014 18:56 (UTC +04:00)

Fikrət Məmmədov: ”...faydalı olacaq”

Bu gün ədliyyə naziri Fikrət Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Müsaid İbrahim Abdullah Əs-Süleym ilə görüşüb.

Dövlətlərimiz və xalqlarımız arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin bu əlaqələrin inkişafına mühüm təkan verdiyini, hüquqi əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəf üçün faydasını və bunun üçün geniş perspektivlərin olduğunu vurğulayıb, respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın çox yüksək səviyyədə olduğunu söyləyən səfir qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün hər iki ölkə rəhbərlərinin güclü siyasi iradə nümayiş etdirdiyini vurğulamış, BMT, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlar daxilində konstruktiv əlaqələrin həyata keçirildiyini bildirərək, bu sahədə Hökumətlərarası birgə komissiyanın rolunu qeyd edib. Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirən qonaq hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin olduğunu söyləyib.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının inkişafı, xüsusilə mülki və ticarət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi üzrə hazırlanmış və razılaşdırılmış dövlətlərarası müqavilələrin imzalanması, nümayəndə heyətlərin mübadiləsi və s. məsələlər müzakirə edilib.

Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar