[b]FHN Hacıqabuldakı dəhşətli qəza barədə [/b]
31 iyul 2018 23:57 (UTC +04:00)

[b]FHN Hacıqabuldakı dəhşətli qəza barədə [/b]

Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonu ərazisində ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə  görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “KAMAZ” markalı yük avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış qadın cəsədi (şəxsiyyəti məlum deyil) deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatıb. 

 

 APA-nın bundan əvvəl verdiyi xəbərə görə, qəza əticəsində BMW minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Onların yaxın qohum olduğu bildirilir. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar