Fövqəladə Hallar Nazirliyi DSMF-da baş verən yanğınla bağlı yenidən məlumat yayıb.
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub.
***
14:12
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.
APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.