[b]Bakıda sürüşmə sahələri aktivləşib[/b]
02 iyun 2018 10:47 (UTC +04:00)

[b]Bakıda sürüşmə sahələri aktivləşib[/b]

““Teleqüllə” sürüşmə sahəsi və Buxta küçəsində monitorinq davam etdirilir. Ərazilərdə quraşdırılmış mayaklarda çatlar, proseslərin dinamikasında aktivlik müşahidə edilməyib”.

 

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, təbii və texnogen amillərin təsirindən Zığda sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib.

 

Ə. Qaralov qeyd edib ki, Abşeron rayonu - Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsi sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə prosesi aktivləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301

Oxşar yazılar