Bu gecə saat 02:25-də Bakının Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektində 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, 23 yaşlı sürücünün idarə etdiyi "BMW" markalı avtomobil Yol Patrul Xidmətinin "Hyundai" markalı 99 YP 456 nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə yol polisi əməkdaşı, 1990-cı il təvəllüdlü polis serjantı Bədir Bədirli və hadisəni törədən avtomobildəki sərnişin yaralanıb.
Bildirilir ki, hadisəyə "BMW"nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.
*****
06:57
Paytaxtın Nərimanov rayonunda sərxoş sürücü yol polisi avtomobilini vuraraq qəza törədib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Mahmud Mahmudov "BMW" markalı avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən yol kənarında dayana yol patrul xidmətinin avtomobilinə çırpılıb. Qəza nəticəsində yol polisi əməkdaşı Bədir Bədirli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər sınıq xəsarətləri alan yol polis əməkdaşının vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Qəza törədən sürücü Mahmud Mahmudovun sərxoş olması müəyyən edilib. Söhbət zamanı Mahmud Mahmudov baş verən hadisədən xəbərsiz olduğunu bildirib.
Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.