Bakıda maşınla qadını vurub öldürən sürücü tutuldu
23 mart 2017 21:45 (UTC +04:00)

Bakıda maşınla qadını vurub öldürən sürücü tutuldu

0

Bakıda ağır yol qəzası törətmiş sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 20-də saat 23 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Elnurə Məmmədova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü paytaxt sakini Razim Hüseynov saxlanılıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar