Bakıda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 24-də Yasamal rayonu ərazisində yaşayan Bakı şəhər sakini Amil Musayevin mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs onu və bacısı Raisanı bıçaqla hədələyib oradan 560 manat pul və 3 ədəd mobil telefon aparıb.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub.
Araşdırma aparılır.