[b]Bakıda bankda saxta dollar xırdalamaq istəyən şəxs saxlanıldı[/b]
27 mart 2018 17:36 (UTC +04:00)

[b]Bakıda bankda saxta dollar xırdalamaq istəyən şəxs saxlanıldı[/b]

Bu gün Bakıda banka saxta dollar verən şəxs hadisə yerində saxlanılıb.

 

APA-nın xəbərinə görə, kimliyi hələlik məlum olmayan şəxs banklardan birinin Nəsimi rayon filialına yaxınlaşaraq, saxta 300 ABŞ dolları məbləğində pulu dəyişmək istəyib. Bank əməkdaşları pulun saxta olduğunu görüb, polisə məlumat veriblər.

 

Hadisə yerinə gələn polislər həmin şəxsi saxlayıb, polis bölməsinə aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349
avatar

Oxşar yazılar