Bakıda külli miqdarda pul oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 3-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Tural Həsənzadəyə məxsus “Maserati” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 10000 ABŞ dolları oğurlanıb.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kərim İsmayılov tutulub.