![[b]Bakı metrosunda qadına hücum edən şəxs tutuldu[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Bakı metrosunda qadına hücum edən şəxs tutuldu[/b]
0
0
Metroda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun “Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.
0
0