[b]Bakı Apellyasiya Məhkəməsinin hakimi vəfat edib [/b]
30 sentyabr 2017 09:32 (UTC +04:00)

[b]Bakı Apellyasiya Məhkəməsinin hakimi vəfat edib [/b]

0
 Bakı Apellyasiya Məhkəməsinin hakimi, məhkəmənin Mülki kollegiyanın sədri vəzifəsini icra edən Mehti Əsədov vəfat edib.
 
Lent.az Report-a istinadən  xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Mehti Fəyyaz oğlu Əsədov 1961-ci ildə anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
 
 
1986-1990-cı illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Sosial Təminat Şöbəsində bölmə müdiri, 1990-2000-ci illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsində iclas katibi, 2000-2007-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi, 2007-2008-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi işləyib. 
 
2008-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsini tuturdu. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar