[b]Azərbaycanda bir gündə 624 partlamamış hərbi sursat tapıldı[/b]
24 aprel 2016 02:05 (UTC +04:00)

[b]Azərbaycanda bir gündə 624 partlamamış hərbi sursat tapıldı[/b]

Aprelin 23-də Azərbaycanda 624 ədəd partlamamış hərbi sursat aşkarlanıb.  APA-nın xəbərinə görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 23 aprel 2016-cı il tarixində  Zərdab, Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

 

Hesabata əsasən, Zərdab rayonunun Körpükənd kəndində aprelin 22-də 1 ədəd taktiki siqnal minası aşkarlanıb və aprelin 23-də məhv edilib.

 

Tərtər rayonunun Qaradağlı kəndində partlamış sursat aşkar edilib. Tərtər rayonunun Qapanlı kəndi isə əkin sahəsində 3 ədəd “Qrad” mərmisinin partlamamış hissələri aşkar edilib.

 

Ağdam rayonu Əfətli kəndində yerli sakinlər sel suları ilə Qar-Qar çayı vasitəsilə 2 ədəd piyada əleyhinə minanın əkin ərazisinə gəlməsi barədə Ağdam Rayon Polis Şöbəsinə aprelin 23-də məlumat veriblər. Agentliyin mütəxəssisləri dərhal həmin əraziyə gedərək aşkar olunan minanın ətrafında təhlükəsizlik tədbirləri görüblər. Günün sonu olduğu üçün minalar sabah (24.04.2016) partlayış yolu ilə məhv ediləcək.

 

Samux rayonunun Kolayır kəndində 2 gün ərzində 3 ədəd aviabomba (OFAB-50 partlayış dalğalı və qəlpəli aviabomba) və 618 ədəd (onlardan 126 ədədi fosfor tərkibli yandırıcı patronlar) 12.7 mm kiçik kalibrli sursatlar aşkar edilib.

 

Hesabatda qeyd olunur ki, 23 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 15 ev,  624 ədəd partlamamış hərbi sursat (bunlardan 618 ədəd 12.7 mm-lik kiçik çaplı mərmilərdir) aşkar edilib, 30 partlayış yeri, 4 əkin sahəsi və 45 695 kv.m ərazi yoxlanılıb.

 

Ümumilikdə, Agentlik tərəfindən 7-23 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 325 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və 4 əkin sahələrinə baxış keçirilib və 763 ədəd partlamamış hərbi sursat və 6 (altı) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.

 

 

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar