<b>Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı olub</b>
04 aprel 2016 13:00 (UTC +04:00)

Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı olub

0

Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 3-də Gəncə şəhərində kirayədə yaşayan Bahar Verdiyeva mənzilində dəm qazından zəhərlənərək ölüb. Bundan başqa aprelin 3-də Şirvan şəhərində Hacıqabul rayon sakini Mübariz Abbasov özünə məxsus “KamAZ” markalı avtomobilin təkərini dəyişərkən ehtiyatsızlıqdan təkərin başına dəyməsi nəticəsində ölüb.

 

Şəmkirdə də ölümlə nəticələnən bədbəxt hadisələr baş verib. Aprelin 2-də Şəmkir rayonunun Şiştəpə kəndində yaşayan Samir Xəlilov təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində, Bakı şəhər sakini Arif Qasımov isə Şəmkir şəhər Olimpiya Kompleksinin üzgüçülük hovuzunda çimərkən boğularaq ölüb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar