[b]Azərbaycan səfirliyinin əməkdaşını döyən şəxs saxlanıldı[/b]
16 aprel 2016 13:32 (UTC +04:00)

[b]Azərbaycan səfirliyinin əməkdaşını döyən şəxs saxlanıldı[/b]

Moskvada Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmovu döyən şəxs saxlanılıb.

APA-nın “LifeNews”a istinadən verdiyi məlumata görə, bu, 31 yaşlı Xaybula Hacıyevdir.

 

Yerli hüquq-mühafizə orqanlarının versiyasına əsasən, E. Məhərrəmovla X. Hacıyev arasında mübahisə taksidə baş verib. E. Məhərrəmov baş və bədən nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

 

Tibbi dairələrdəki mənbənin bildirdiyinə görə, E. Məhərrəmova beyin silkələnməsi, dodaq və qaşın zədələnməsi diaqnozu qoyulub. Habelə onun qabaq dişi sınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

APA Baycan

Oxşar yazılar