Bakıda ticarət mərkəzində oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 25-də Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Kazımova bir gün əvvəl “Sədərək” ticarət mərkəzindəki mağazaların birində çantasından 250 manat pulunun oğurlandığını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri olan qardaşlar - Mahir və Rafiz Şəfiyevlər olduqları müəyyən edilib.
Əməliyyat tədbirləri ilə onların mayın 23-də də həmin ticarət mərkəzində eyni üsulla Bakı şəhər sakini K.Hüseynovanın çantasından içərisində 230 manat və bank kartları olan pulqabısını oğurladıqları da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.