Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası tərəfindən göndərilən 50 yarımvaqon tipli yük vaqonu Azərbaycana gətirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyindən Lent.az-a bildirilib ki, Cəmiyyətin sədri Cavid Qurbanov Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə keçirdiyi görüşdə yük vaqonlarının alınması vəziyyətini araşdırılıb və danışıqların nəticəsi olaraq “Uralvaqonzavod”dan 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alınıb.
QSC sədri C. Qurbanov bu gün Azərbaycana gətirilən yeni vaqonlara baxış keçirib.