Bakıda geniş aptek şəbəkəsinə malik olan "Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərov saxlanılıb.
Lent.az-ın "Report"a istinadən məlumatına görə, “Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Qeyd edək ki, "Avis" Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb.