“Yeni Üfüq” iftar verdi
30 iyun 2014 13:49 (UTC +04:00)

“Yeni Üfüq” iftar verdi

0

Bakıda Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi geniş iftar süfrəsi açıb.  Lent.az-ın məlumatına görə, şəhidlərin ruhuna fatihə oxunduqdan sonra Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli qonaqları salamlayıb və mübarək Ramazan ayının fəzilətlərindən söz açaraq, bu ayın dövlətimizə və millətimizə ruzi-bərəkət, xeyirli günlər gətirməsini diləyib: “Azərbaycandakı mövcud dini və etnik tolerantlıq olduqca yüksək səviyyədədir. Bu tolerantlıqdan sui-istifadə edən, milli birlik və bərabərliyimizi pozmaq istəyən bölücü

radikal dini cərəyanlara qarşı mübarizədə ölkə vətəndaşlarını hər an dövlətə dəstək
olmalıdır”.

Tədbirdə Türkiyə Səfirliyinin dini məsələlər üzrə müşaviri də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 784

Oxşar yazılar