“VAZ 21011” divara çırpıldı, sürücü xəstəxanalıq oldu
14 aprel 2017 21:30 (UTC +04:00)

“VAZ 21011” divara çırpıldı, sürücü xəstəxanalıq oldu

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin qərb çıxacağında qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Samir Amil oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan maneəyə çırpılıb.

 

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırtma aparılır. 

# 67
avatar

Oxşar yazılar