“VAZ-2107” dərəyə aşdı, 4 nəfər yaralandı
25 aprel 2016 23:11 (UTC +04:00)

“VAZ-2107” dərəyə aşdı, 4 nəfər yaralandı

0

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Şamlıq kəndinə gedən yolda baş verib.  “VAZ -2107” markalı avtomobilin dərəyə aşması nəticəsində 4 nəfər - Tovuz rayon Çeşməli kənd sakinləri 59 yaşlı Zakir Əmiraslanov, 57 yaşlı Validə Əmiraslanova, 28 yaşlı Könül İbrahimova və Gədəbəy rayon Poladlı kənd sakini 51 yaşlı Aybəniz Paşayeva müxtəlif bədən  xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Xəsarət alanlardan iki nəfərin vəziyyəti orta ağır digərlərinin vəziyyəti isə normal qiymətləndirilir.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar