“QuestNet”in üzvləri məhkəmə qarşısında
08 may 2015 12:56 (UTC +04:00)

“QuestNet”in üzvləri məhkəmə qarşısında

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən vətəndaşı “Quest Net” şirkətinin əməkdaşları Müşfiq Kazımov, Rasim Qəhrəmanov, Emin Məmmədov, Elşad Muradov və Ceyhun İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

 

Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyev sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Zərərçəkmiş qismində dindirilən xalq artisti Tariyel Qasımov təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, ona dəymiş ziyanın ödənildiyini, növbəti məhkəmə proseslərində iştirak etmək istəmədiyini dedi. Digər zərərçəkmişlər - fotomüxbir Rahim Qədimov, Bikə İsmayılova və Mərcan Camalov da şirkətdən şikayətçi olmadıqlarını bildirdilər.

 

Məhkəmə prosesi mayın 14-də davam edəcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə ittiham edilirlər. Onlar bir qrup vətəndaşı “Quest Net” şirkətinə cəlb ediblər.  Cinayət işi üzrə 37 nəfər zərərçəkən var.

 

Qeyd edək ki, bir neçə il əvvəl də “QuestNET” şirkətinin məsul əməkdaşları barəsində dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 104
avatar

Oxşar yazılar