“Prokter & Gembl" Dövlət Xidmətini məhkəməyə verir
25 noyabr 2014 16:05 (UTC +04:00)

“Prokter & Gembl" Dövlət Xidmətini məhkəməyə verir

“Prokter & Gembl Azərbaycan Servisləri” MMC Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini məhkəməyə vermək niyyətindədir.


 

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

 

Şirkət rəsmisi bildirib ki, “Prokter & Gembl Azərbaycan Servisləri” hüquqşünaslar yaxın günlərdə Dövlət Xidmətinə qarşı məhkəmədə iddia qaldıracaq.

 

Xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Oral-B Pro-flex” diş fırçasının, “Duracell” batareyasının, “Ariel” yuyucu tozunun və “Blend-a-med Pro-expert” diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib.

 

Bununla əlaqədar həmin reklamların sifarişçisi olan “Prokter & Gembl Azərbaycan Servisləri” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Prokter & Gembl Azərbaycan Servisləri" şirkəti 2 mln. 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar