“Plaza” ya “bomba” qoyan tutuldu
03 iyul 2014 12:52 (UTC +04:00)

“Plaza” ya “bomba” qoyan tutuldu

0

Bakıda polisə yalan məlumat vermiş şəxs tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 1-də saat 23.00 radələrində naməlum şəxs taksofondan DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Plaza” barına partlayıcı maddə qoyulması barədə məlumat verib.

Dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1374

Oxşar yazılar