Orxan Zeynalov öz durumunu qənaətbəxş sayır, lakin bədənində xəsarət yerləri qalmaqdadır”. APA TV-nin məlumatına görə, bu fikirləri “Moskovskiy komsomolets”ə müsahibəsində Orxan Zeynalovun hüquqlarını müdafiə edən vəkil Viktor Anikuşin deyib. O, vertolyotla Moskvaya gətirilən zaman xüsusi təyinatlıların soydaşımıza elektrik şoku ilə işgəncə verdiklərini bildirib.
“Onun boynunda elektrik şokunun izləri qalır, xüsusi təyinatlılar Zeynalov vertolyotda ikən, heç bir müqavimət göstərmək şansı olmayanda ona elektrik şoku ilə işgəncə veriblər. Bundan başqa Orxanın sol ayağında dizdən aşağı yara var, o yaranın mənşəyini araşdırmaq lazımdır. Bundan başqa bizdə Orxan Zeynalovun daxili orqanlarının zədələndiyinə dair şübhələr var”.
Viktor Anikuşin bildirib ki, Orxan Zeynalovu döyən şəxslərin konkret kim olduğunu müəyyənləşdirmək çətindir, çünki həmin şəxslər maskada olublar.
“Lakin biz o şəxslərin kimliyini müəyyənləşdirsək, birincisi, onlar işdən azad olunacaq, ikincisi, onlara qarşı vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi başlanacaq”.
Vəkil sabah Orxan Zeynalovun qanunsuz həbsi ilə bağlı Moskva şəhər məhkəməsinə ərizə təqdim edəcəyini deyib.