“Neftçi” klubu yeni əcnəbi müdafiəçi ilə anlaşıb. Lent.az-ın məlumatına görə, bu futbolçu 25 yaşlı braziliyalı Kaue Sesilyo da Silvadır. Artıq həmin futbolçu tibbi müayinədən keçib. Braziliyalı yarımmüdafiəçinin yeni klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi futbolçu karyerasına vətəni Braziliyada başlayıb. 2010-2012-ci illərdə Portuqaliya çempionatında oynayan braziliyalının son iş yeri Rumıniyanın “Vasluy” klubu olub.
“Neftçi” Rumıniyadan braziliyalı oyunçu aldı
0
0
0
0