“Kraz” və "Ford Tranzit" yandı
06 iyun 2015 20:17 (UTC +04:00)

“Kraz” və "Ford Tranzit" yandı

0

Göyçayda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Məlikkənd kəndində vətəndaşa məxsus “KRAZ” markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri və yük yerinə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

 

Daha bir yanğın hadisəsi Abşeronda qeydə alınıb. "Ford Tranzit" markalı yük avtomobilinin salon, mühərrik və qabaq hissəsinin 2 təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar