“KamAZ”  “Naz Lifan"la toqquşdu: ölən var
01 mart 2016 07:46 (UTC +04:00)

“KamAZ” “Naz Lifan"la toqquşdu: ölən var

0

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə hadisə gecə saatlarında Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon  sakini Rasim Balabəy oğlu  Həsənovun idarə etdiyi “KamAZ” markalı  minik yük maşını Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Cəlilabad rayonunun Göytəpə şəhər sakini  Mehman Tahir oğlu Mürsəlovun idarə etdiyi “Naz Lifan” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “KamAZ” aşıb, minik avtomobili isə yararsız vəziyyətə düşüb. Onun  sürücüsü isə aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

 

İlkin versiya kimi,  qəzaya minik avtomobilinin qəfildən yük maşınının qarşısına çıxmasının səbəb olduğu bildirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar